Ölkə

3000-dən artıq taksi dezinfeksiya edildi - BNA

18 Mart 2020 16:03
0 Şərh     Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinə göstəriş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, əksepidemik işlərin geniş formada aparılması ilə bağlı 20-dən artıq taksi şirkətinə tapşırıq verilib:

"Tapşırıqlara əsasən, Bakıda taksi kimi fəaliyyət göstərən 3 mindən artıq nəqliyyat vasitəsinin mütəmadi olaraq dezinfeksiyası təmin edilib. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.