Ölkə

"Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi əməl edilməlidir" - Musa Quliyev

17 Mart 2020 12:52
0 Şərh     Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronovirus dünyada yayılan ən ciddi pandemiyalardan biridir. Çətini odur ki, bu virusun inkubasiya dövrü uzun müddətdir və özünü gec biruzə verir. Bir yoluxan insan 200-ə qədər insanı yoluxdura bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan hökumətin bu vəziyyətdə davranışı situsaiyaya adekvatdır, kompleksdir və ardıcıldır: "Burada vətəndaşlar da öz məsuliyyətini dərk etməlidir. Bu gün ictimaiyyətin davranışında iki qütb var. Biri ajiotaj, panika, digəri isə laqeyidlik. İnsanlar Nazirlər Kabineti yanında operativ qərərgahın verdiyi təlimatlara ciddi əməl etməlidir. Bəzliəri sosial şəbəkələrdə qeyri-peşəkar tövsiyələr verir. Biri deyir sarımsaqdan istifadə et, biri deyir perikisdən istifadə et. Bunlar hamısı insan üçün zərərlidir. İnsanlar peşəkarların tövsiyələrinə əməl etməlidir.

Ən mühüm addımlardan biri izolyasiya qaydalarına əməl edilməsidir. Hesab edək ki, ölkədə bir aylıq fövqəladə vəziyyət var və bir ay buna əməl edək. Hər kəsin məsuliyyətli olması, gigiyenik qaydalara əməl etməsi vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.