Ölkə

Koronovirusa görə sahibkarlara güzəşt edilə bilər

17 Mart 2020 11:55
Baxış: 2 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronovirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, Azərbaycanda da hökumət daxilində bu istiqamətdə müzakirələr aparılıb.

Onun sözlərinə görə, koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. "Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.