Ölkə

Gürcüstandan gələn avtomobillərdə tütün məmulatları aşkarlandı - FOTO

16 Mart 2020 20:14
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda martın 12-də idarə etdikləri "VAZ-21060", "Opel Vectra" və "Vaz-2101"markalı avtomobillər ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşları Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunublar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaşlar idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetlərin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobillərin gizli saxlanc yerlərindən 8000 ədəd "King", 2000 ədəd "Marlboro" və 10 min ədəd "De Santis" markalı siqaretlər aşkar edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.