Ölkə

Sərnişinlərimizin ödənişləri tam şəkildə geri qaytarılacaq - “Buta Airways”

16 Mart 2020 15:41
Baxış: 1 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus epidemiyasına görə ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - "Buta Airways" şirkəti bəyan edib.

"Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk. Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik", - deyə aviaşirkətdən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.