Ölkə

"Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur" - Bəxtiyar Əliyev

16 Mart 2020 12:30
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda manatın dəyərdən düşməsi üçün heç bir təhlükə yoxdur. Dövlət tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, koronavirusla bağlı dünyada ümumi iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər: "Lakin Azərbaycanda keçirilən qabaqlayıcı tədbirlər nəinki iqtisadi tempimizi aşağı sala bilməz, əksinə artacaq".

Komitə sədri qeyd edib ki, dövlət vətəndaşının bütün qayğıları, eləcə sahibkarların narazılıqlarının qarşısının alınması üçün bütün tədbirlər görür:

"Bildiyiniz kimi ölkəmizdə "Əmanətlərin sığortalanması" haqqında qanun qəbul edildi. Bundan sonra da bu istiqamətdə addımlar atılacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.