Ölkə

Azərbaycan İranla sərhəddə qalan Qırğızıstan yük maşınları üçün tranzit dəhliz açdı

11 Mart 2020 17:08
0 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun təhlükəsi ilə əlaqədar İranla həmsərhəd ölkələrin sərhədləri bağlaması nəticəsində bu ölkənin ərazisində qalan Qırğızıstan yük maşınlarına Azərbaycan tranzit dəhlizi təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunur ki, Qırğızıstana məxsus 62 yük maşını İran-Azərbaycan və İran-Türkmənistan sərhədində qalmışdı.

Martın 9-a olan vəziyyətə görə, bu maşınlardan 23-ü Azərbaycan sərhədində "Astara" nəzarət-buraxılış məntəqəsində qalıb.

Nazirliyin məlumatında deyilir ki, 9-11 mart tarixlərində 12 maşın Azərbaycan ərazisinə daxil olub. Daha 11 maşının sürücüsünün gömrük-pasport yoxlamasından keçəndən sonra Azərbaycan ərazisinə daxil olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.