Ölkə

Bakı polisi 18 cinayətin üstünü açdı

10 Mart 2020 09:34
0 Şərh     Baxış: 765
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Milli.Az xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da 18 cinayətin üstü açılıb.

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 6 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.