Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Milli.Az-a verilən məlumata əsasən, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Milli.Az