Ölkə

Səfir: "Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir"

6 Mart 2020 15:34
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yəhudi irsi üzrə yaradılan marşrut və görülən işlər, eləcə də bu turizm məhsulunun təbliğatı İsrail hökuməti tərəfindən yüksək qiymətləndirilir.

Milli.Az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Agentliyinin sədri Fuad Nağıyevlə görüşündə deyib.

Görüşdə iki ölkə arasında turizm sahəsində mümkün əməkdaşlıq istiqamətləri, cari il ərzində hər iki ölkədə turizm sektoru üzrə baş tutacaq beynəlxalq tədbirlər müzakirə edilib.

Görüş çərçivəsində Azərbaycan və İsrail arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.