Ölkə

İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus aşkarlandı - Operativ qərargah

5 Mart 2020 14:36
Baxış: 3 478
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Hazırda pasiyentlərinvəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.

Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

İndiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.