Ölkə

Lənkəranda qadın aldığı yanıq xəsarətlərindən vəfat etdi

5 Mart 2020 15:09
0 Şərh     Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda 62 yaşlı qadın aldığı yanıq xəsarətlərindən vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhər, Ş.Məmmədov küçəsi, ev 12 ünvanında baş verib.

İlkin məlumata görə, sözügedən ünvanda yaşayan 1958-ci il təvəllüdlü Fətullayeva Ziba Məhkəmə qızının paltarının ətəyi evdə quraşdırılan qaz peçinə ilişib. Paltarın alışması nəticəsində qadın müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Qadın dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına bütün bədən səthinin "üçüncü-dördüncü dərəcəli termiki yanığı" diaqnozu qoyulub. Həkimlər tərəfindən göstərilən yardımlara baxmayaraq, qadın ötən gün aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdrıma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.