Ölkə

Azərbaycanda italyan dilli kadrlara olan tələbat arta bilər

22 Fevral 2020 10:14
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanın İtaliya ilə bütün sahələrdə əlaqələrinin getdikcə inkişaf etməsi ölkəmizdə italyan dilli kadrlara olan tələbatı daha da artıracaq".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Ağa Cəfərli deyib.

Onun fikrincə, bu amil Azərbaycanda italyan dili öyrənmək istəyənlərin sayını daha da artıracaq:

"Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanda bu dilə olan maraq ildən-ilə artır. ADU-nun Tərcümə fakültəsində italyan dili (tərcümə) ixtisası üzrə kadrlar hazırlanır. Hazırda fakültədə 60-a yaxın tələbə italyan dilini öyrənir".

A.Cəfərli əlavə edib ki, ADU-da İtaliya Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. ADU və İtaliyanının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı sayəsində açılmış mərkəzdə italyan dili, mədəniyyəti, coğrafiyası, iqtisadiyyatı, tarixi, ədəbiyyatı və digər məsələlərlə maraqlanan tələbələr üçün əlverişli şərait yaradılıb.

ADU rəsmisinin sözlərinə görə, italyan dilinin sirlərini öyrənənlər mərkəzdəki zəngin kitabxanadan, eləcə də italyan dilində audio-video materiallardan bəhrələnə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.