Ölkə

Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur

21 Fevral 2020 09:49
2 Şərh     Baxış: 4 594

2019-cu ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Mahir · 21 Fevral 10:2030

    4000 manat maasi olan is axtariram. Ele bir is veren olsa yazsin.

    Cavab yaz
    • Anonim
      Kami · 21 Fevral 11:0231

      Ne bacarirsan? Ele mash teleb etmek uchun chox seyleri bacarmalisan cunki.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.