Ölkə

İcra Hakimiyyəti: Bu il Sumqayıtda 2 uşaq bağçası inşa ediləcək

21 Fevral 2020 10:56
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Sumqayıt şəhərində iki uşaq bağçası inşa ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, yeni uşaq bağçaları şəhərin ən böyük qəsəbələrində inşa ediləcək: "Hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və "St.Sumqayıt" yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək.

Eyni zamanda, mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.