Ölkə

Bakıda kişi və qadının qonaq getdikləri evdən meyitləri tapıldı

21 Fevral 2020 09:44
15 Şərh     Baxış: 6 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadın və kişi hamamda dəm qazından zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 20-si Xəzər rayonu, Türkan qəsəbəsi "Aqroprom" bağ evlərində baş verib. 1961-ci il təvəllüdlü Natiq Cavadov və 1967-ci il təvəllüdlü Aytən Zeynalova qonaq getdikləri bağ evində hamam otağında birgə çimərkən dəm qazından zəhərlənərək ölüblər. 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib, meyitin müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.