Ölkə

Bu nazirliklərdə çalışan doqquz vəzifəli şəxs işdən çıxarılıb - RƏSMİ

19 Fevral 2020 13:36
Baxış: 2 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə Prezident Administrasiyasına daxil olmuş vətəndaş müraciətlərinə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilib. Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində 24 nəfər barəsində intizam tənbehi tədbirləri görülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.

S.İsmayılovun sözlərinə görə, Prezident Administrasiyasına daxil olmuş müraciətlərdə vətəndaşlara münasibətdə süründürməçiliyə yol verən doqquz vəzifəli şəxs işindən kənarlaşdırılıb:

"Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində görülən intizam tənbehi tədbirləri ilə yanaşı, o cümlədən, Daxili İşlər, Təhsil, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və başqa təşkilatlarda doqquz nəfər vəzifəli şəxs vətəndaşlara münasibətdə süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.