Ölkə

İsmayıllı sakini təbiətə 7800 manat ziyan vurdu, sənədlər prokurorluğa verildi

8 Fevral 2020 14:00
0 Şərh     Baxış: 1 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri M.Orucov 124 ünvanında 12 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən ərazinin mülkiyyətçisi İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub, faktla bağlı akt tərtib edilib və təbiətə 7800 manat məbləğində ziyan dəyib.

Məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.