Ölkə

Sumqayıt sakini Kürdəmirdə qəza törətdi - Ölən və yaralanan var

8 Fevral 2020 13:35
1 Şərh     Baxış: 1 885
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, fevralın 7-də saat 10 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Sumqayıt şəhər sakini Aslan Nəsirov idarə etdiyi "Kia" markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, bir nəfər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.