Ölkə

Bakıda partlayış nəticəsində xəsarət alan 4 nəfərdən ikisi evə buraxılıb - YENİLƏNİB

7 Fevral 2020 19:02
0 Şərh     Baxış: 2 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:02

Bakıda evdə partlayış olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Bölməsindən (TƏBİB) Milli.Az-a veilən məlumata görə, hadisədə 1 ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə aparılıb. 1 nəfərə isə yerində ambulator yardım göstərilib.

Xəstəxanaya yerləşdirilənlərdən 2-inə ambulator yardım göstərilərək evə buraxılıb, digər 2 nəfər stasionar şöbədə müalicə alır. Vəziyyətləri stabildir.

--------

17:44

Bakıda qaz sızmasından partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir.

3 nəfər Respublika Yanıq Mərkəzinə aparılıb.

Ətraflı məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.