Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmri ilə Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Faktı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.
Milli.Az