Vilayət Eyvazov daha bir polis rəisini İŞDƏN ÇIXARDI - FOTO

5 Fevral 2020 10:44

Bakı şəhəri Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov xidmətdə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Faktı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Milli.Az