Ölkə

"Yeddi Günbəz" qəbiristanlığında dəhşət - 25 yaşlı gənc...

1 Fevral 2020 09:44
1 Şərh     Baxış: 6 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxıda qəbiristanlıqda qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə fevralın 1-də gecə saat 1 radələrində şəhərin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.