Ölkə

Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb

21 Yanvar 2020 20:34
2 Şərh     Baxış: 4 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi 5 və 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə qış tətilinin hansı tarixlərdə olacağını açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayacaq. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Orta məktəblərdə 6 günlük tədris həftəsi ilə oxuyan şagirdlər üçün tətildən sonra ilk dərs günü fevralın 1-də, 5 günlük dərs həftəsi ilə oxuyan şagirdlər üçün fevralın 3-də olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.