Bu gün Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.
Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb.
Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.
Milli.Az