Ölkə

"Bibiheybət yolu"nda hərəkət istiqamətində dəyişiklik edilir

10 Yanvar 2020 13:43
1 Şərh     Baxış: 2 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə "Bibiheybət yolu"nda hərəkət istiqaməti dəyişdiriləcək. Bunun üçün 10-11 yanvar tarixlərində sözügedən ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətllənmə işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumatda sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bildirilir ki, nişanlanma və xətlənmə işləri bitdikdən sonra 31 dekabr 2019-cu il tarixində şəhər istiqaməti üzrə açılan 2 hərəkət zolağından birinin sırf avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılmış olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.