Ölkə

Anar Rəsulov HƏBS EDİLDİ

30 Dekabr 2019 15:19
Baxış: 3 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) keçmiş direktoru Anar Rəsulov həbs edilib.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq bildirib ki, A.Rəsulov dələduzluqla itiham edilərək saxlanılıb, cinayət işinin istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılır. Sabiq direktor barəsində dekabrın 7-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

A.Rəsulovun həbsinin əvvəlki vəzifəsi ilə heç bir əlaqəsi yoxdur, belə ki, o, vətəndaşın əmlakını ələ keçirməkdə ittiham olunur.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, A.Rəsulov 2018-ci ilin sentyabrından 2019-cu ilin aprelinə kimi NİİM-də direktor vəzifəsində işləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.