Azərbaycanın 7 yaşlı MESSİsi - Etdiyini görənlər MƏƏTTƏL QALIR - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda doğulan Kamran Babazadənin futbol meydançasında etdiklərini gördükdə onun 7 yox, yaşının daha çox olduğu barədə fikirləşirlər.
7 yaşlı istedadın atası Rəşad Babazadə Milli.Az-a gələcəyin potensial ulduzu ilə bağlı bir neçə planları barədə danışıb:

"İnanın ki, öz oğlumdur deyə demirəm, bu ölkədə Kamran kimi istedadlı, Allah vergisi olan çox uşaq var.
Ancaq fikir verirəm, məsələn mənim dostluğumda danışanda ağzına çullu dovşan sığmayan nə qədər futbol adamı var, hələ bir dəfə görmədim ki, kimsə paylaşılan videolara adi bir münasibət bildirsin. Ehtiyac yoxdur əslində, ancaq Azərbaycan futbolunun bugünündən durmadan yazanlar arada itib batan, yoxa çıxan istedadları axtarıb tapıb ictimailəşdirmirlər və hətta cəsarət edib "Azərbaycanda material yoxdur" sərsəmləməsini edirlər, güya "olan iş deyil" havasını yaradırlar.
Azərbaycanda istedadlı uşaqlar çoxdur, biri də bizim Kamran, sadəcə 7 yaşı var. Demirəm Messidir, Hazarddır, Salahdır nədir. Ancaq fundamental futbol sistemi olsa, maraqlansalar, Kamran Messinin, Hazardın, Grizmanın 9-10 yaşlarında elədiklərini indi edir. Kamran 04.09.2012 Bakı doğumludur. Düz 1,7 yaşından topladır. Kamranın xasiyyət və intizam barədə də qeyri-adilikləri çoxdur. Aşırı dərəcədə intizamlıdır, yəni özünü uşaq kimi aparmır - İstər məşqdə, ya evdə ya bayırda. Evə bağlı tipi var. Getdiyi yerdə çox qalmaz. Məşqlərdə arafasilələrdə hərə bir yana dağılar - Müəllim ona qışqırır, buna qışqırır, uşaqları toplamağa çalışır, amma Kamranı müəllimin ayağının dibində görürsən bitib. Bir fit bəs edir. Dəfələrlə demişəm ki, biraz dağınıq ol, uşaq kimi ol, nə bilim e, dombalaq aş, sən də həmyaşıdların kimi çılğınlıq elə. Amma kimə deyirsən, çox aşırı intizamlıdır. Bəlkə də belə daha doğrudur. Meydanda qorxmazdır, çılğındır. Uşaqları eledikləri ilə əsəbiləşdirir.
Yerli və xarici məşqçilərin isə ən çox təəccübləndikləri məsələ isə bu yaşda olan uşağın bu qədər texniki hərəkətlər zamanı çox vacib olan kondisiyasını, bədən kontrolunu böyük futbolçulara xas, ayaqda saxlaya bilməsidir. Normalda yıxılmalıdır, sürüşməlidir, ayağı dolaşmalıdır və s.
Bugünlərdə özüm Türkiyədə idim, ortaq dostumuz var, onların Türkiyə klubları ilə güclü əlaqələri var, məni də bir tədbirə çağırmışdılar. Orada Super Liqa və Alt Liqaların altyapı koordinatorları var idi. Fürsətdən yararlanıb, Kamranın videolarını göstərdim. Heç kimi inandıra bilmədim ki, bunun 6-7 yaşı var. Deyirdilər "9-10 yaşı var, boyu balaca qalıb. Türkiyədə belə uşaq yoxdur". Kamranın yaşı çox azdır, bizdəki klublarda 6-7 yaş qrupu üzrə kollektiv olmadığı üçün, düzü özüm də müraciət etməmişəm. Facebook dostlarımdan da "Qarabağ" və "Neftçi"də olan adam az deyil. Sadəcə biabırçılıqdır ki, maraqlanan yoxdur.
Kumiri Ronaldudur. Xəstəsidir. Qol vurarkən onun kimi sevinir.
Məqsədi dünyanın ən yaxşı klublarında oynamaqdır. Deyir "Ata əvvəlcə "Ayaks"da oynayım, sonra "Real" və "Yuventus"da, alınmasa "Barselona"da oynayım. Arzuları böyükdür".

Qeyd edək ki, ləqəbi Titi (İvrit dilində "balaca") olan qəhrəmanımız bu gün dünyanın ən çox driblinq edən futbolçularından - Messini daha çox xatırladır.
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)
-
“Yaprak Dökümü”nun aktyoru “Uzak Şehir”də (Foto)
-
15 yaşlı oğlan dənizdə batdı
-
Şəmkirdə "Niva" yanıb (Foto)
-
Şeydayevin yeni klubu rəsmiləşdi
-
Zülfiyyə nəvələri ilə - (Foto)
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
-
"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi
-
Netanyahu: İran artıq əvvəlki kimi deyil
-
Müdafiə naziri hərbi attaşelərlə görüşüb (Foto)
-
Erdal Beşikçioğlunun həbsxanaya köçürüldüyü anlar - (Foto)
-
Qarpız bu şəxslərə olmaz
-
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - yeni təyinat
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
Ronaldo toyuna bu ulduzları dəvət etdi
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Zelenski: Müharibənin qışa qədər başa çatması üçün çalışacağıq
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…





