Ölkə

Ramiz Mehdiyev: "Dövlət AMEA-ya ayırdığı böyük vəsaitdən heç bir fayda əldə etmir"

28 Dekabr 2019 13:14
Baxış: 1 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət hər il akademiyaya böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib onu yenidən qurmalıyıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə Prezident yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan 50 milyon manatdan artıq vəsait ayrılıb. Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür.

Alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakının olduqca zəif olduğunu deyən R.Mehdiyev əlavə edib ki, Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb: "Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb".

AMEA prezidenti əlavə edib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı ümumiyyətlə hiss olunmur. Bu da öz növbəsində AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır.

R.Mehdiyev bildirib ki, akademiya büdcəsinin yalnız 2 %-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur: "Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.