Azərbaycanda dövlət hesabına hüquqi yardım 3 dəfə artırılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda vəkilliyə olan münasibət bir çox ölkələr üçün nümunədir: "Dünyada çox az ölkə var ki, orada vəkil günü xüsusi qeyd olunur. Həmin az ölkələr sırasında Azərbaycan da var. Bu da özlüyündə məhkəmə hüquq sahəsində aparılan islahatların ən vacib şərtlərindəndir".
Milli.Az