Ölkə

Quraqlığa və xəstəliyə davamlı toxum sortları əldə ediləcək

17 Dekabr 2019 11:29
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni zəruri edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən "Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir: "Aidiyyəti dövlət orqanları o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparılır".

İ.Kərimov vurğulayıb ki, hazırda müasir toxumçuluq müəssisələrinin yaradılması istiqamətində də iş gedir: "Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları təkmilləşdirilmiş toxum sortları yaradılıb. Əsas məqsəd yüksək məhsuldarlıq əldə etməkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.