Körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır - SƏBƏBİ ÜST rəsmisi açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Hermançı Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hər yaş qrupunda intihar müşahidə edilir:
"Dünyada intiharların yarıdan çoxu 45 yaşına qədər insanlar arasında müşahidə edilir. İntihar edən yeniyetmələrlərin 90 faizi aşağı və orta gəlirli ölkələrdəndir. 15-29 yaşlar arasında ölümlərin ikinci əsas səbəbi intihardır".
İntiharın hər iki cinsə təsiri barədə danışan H.Hermançi bildirib ki, yüksək gəlirli ölkələrdə kişilər qadınlardan üç dəfə daha çox intihar nəticəsində dünyasını dəyişir:
"Aşağı və orta gəlirli ölkələrdə intihar edən qadın kişi nisbəti bərabərə yaxındır. Psixi sağlamlıq problemləri yaşayanlar, xəstəlikdən əziyyət çəkənlər, spirtli içki və narkotikdən istifadə edənlər intihar üçün xüsusi risk faktorudur. Risk faktoruna, həmçinin münaqişə, fəlakət, zorakılıq, travma və ya sui-istifadə, itki və ya təcrid olunma hallarının təsirinə məruz qalan insanlar, qaçqınlar, miqrantlar, yerli xalqlar, cinsi azlıqlar, məhbuslar daxildir".
H.Hermançı bildirib ki, intihar etmək üçün insanlar daha çox pestisid və odlu silahdan istifadə edir: "İntiharların qarşısının alınması üçün körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır. Mediada çalışan mütəxəssislərə intiharlarla bağlı xəbərlərin daha məsuliyyətli şəkildə çatdırılması üçün təlim keçirilməlidir. Problem həll etmə və çətinliklərin öhdəsindən gəlmə bacarıqlarının inkişafı üçün məktəblərdə maarifləndirmə aparılmalıdır. İntihara erkən dioqnoz qoyulması üçün intihar davranışlarının qiymətləndirilməsi və idarə edilməsi mövzusunda tibb işçilərinə təlim keçirilməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
XƏBƏR LENTİ
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı





