Akademik: "Xan sarayı ilə birlikdə Şəkini tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi qələbədir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Prezident İlham Əliyevin Vətən naminə yürütdüyü müdrik, uzaqgörən siyasətin çox böyük qələbəsidir. Əldə olunan digər mühüm uğurlarla yanaşı, bu qələbə sübut edir ki, xalqımız ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardandır. Bunun dünya miqyasında qəbul olunması, daha doğrusu, rəsmi olaraq etiraf edilməsi həqiqətən çox böyük tarixi qələbədir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
Yaqub Mahmudov qeyd edib ki, dünyanın ən qədim şəhərlərindən biri və 2700 ildən çox yaşı olan Şəki şəhəri haqqında bu tarixi qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin məhz Bakıda keçirilən 43-cü sessiyasında qəbul edilməsi Azərbaycan üçün çox mühüm tarixi hadisədir: "Bu qələbə çox çətin, mübarizələrlə dolu yolun parlaq sonluğudur. Bu qələbənin tarixi Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə baş tutan unudulmaz Şəki səfərindən, Prezident İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Şəkiyə saysız-hesabsız səfərlərindən, oradakı məşhur Şəki abidələri ilə tanışlıqlarından, ölkə başçısının birbaşa göstərişi ilə görülən bərpa işlərindən, Prezidentin Şəki ilə bağlı verdiyi çoxsaylı sərəncamlardan başlayır".
Deputat bildirib: "Mən Prezident İlham Əliyevin Şəki səfərləri zamanı onun Şəki abidələri ilə, şəhərin bütün qədim məhəllələri ilə, təkcə Aşağı Karvansarayla dörd dəfə tanış olması prosesinin şahidiyəm. Aşağı Karvansarayla tanışlıq zamanı Prezidentin "Bu abidənin bərpası zamanı onun memarlığına qətiyyən əl vurmayın" göstərişini necə kəskinliklə verməsinin şahidiyəm. Dairəvi Tanrıçılıq abidəsi ilə tanışlıq zamanı XIX əsrdə işğalçıların bu abidəni saxtalaşdıraraq görkəmini dəyişməsindən necə təsirləndiyinin və "Tezliklə bu abidəni əvvəlki görkəminə qaytarın!" deməsinin şahidiyəm. Yadımdan çıxmır: Prezidentimiz və Birinci xanım, Rəcəb Tayyib Ərdoğan və xanımı Şəki Xan Sarayı və digər abidələrlə tanış olarkən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə "Bu misilsiz abidələri UNESKO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü?" sualını verdikdə Mehriban xanım çox inamlı və qəti cavab verdi - Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!"
Yaqub Mahmudov əlavə edib ki, o günlərdən sonra Şəkiyə çoxsaylı ekspertlər gəldi, xeyli iradlar oldu və Prezidentin qayğısı ilə əsaslı bərpa işləri görüldü: "Nəhayət, 2019-cu ildə Azərbaycanın məşhur tarixi şəhəri haqqında UNESKO-nun qərarı Bakıda qəbul olundu! Bu qələbə münasibəti ilə Prezident İlham Əliyev bütün Azərbaycan xalqını təbrik edib. Əslində isə təbrik məhz Prezidentimizə düşür. Çünki bu İlham Əliyevin Vətən naminə yeritdiyi müdrik siyasətin qələbəsidir, yürütdüyü qətiyyətli siyasətin qələbəsi naminə Mehriban xanım Əliyevanın yorulmadan apardığı davamlı mübarizənin nəticəsidir".
Akademik sözünə davam edərək deyib: "Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Mirzə Fətəli Axundzadə, Salman Mümtaz, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Şəfiqə Axundova və başqa çoxsaylı görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir".
Y.Mahmudov qeyd edib ki, bu gün Şəki Azərbaycanın tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdir: "Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı, TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci ildə isə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına salınıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)





