İnformasiya-kommunikasiya texnologiayalarının (İKT) inkişafı, qloballaşmanın daha geniş sahələri əhatə etməsi ilə cinayətkarlığın yeni növləri meydana çıxır və ya "təkmilləşir". Hakerlik, internet cinayətkarlığı, kibercinayətkarlıq kimi terminlər modern kriminal aləmin açar sözlərinə çevrilib.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, hər il təxminən 1,5 milyondan çox insan internet cinayətkarlığın qurbanı olur. Törədilən kibercinayətlər nəticəsində dəymiş ümumi ziyan isə 1 milyard ABŞ dollarını ötür. Məsələn, təkcə Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan hakerlər 2017-ci ilin yanvarından 2018-ci ilin sentyabrınadək kiber cinayətkarlıq yolu ilə 600 milyon dollara yaxın pul, o cümlədən kriptovalyuta oğurlayıblar.
Azərbaycanda Silahlı Qüvvələrin yeni növü yaradılmalıdır
Bunu nəzərə alaraq bəzi dövlətlərdə kibercinayətkarlığa qarşı müxtəlif adlar altında xüsusi dövlət və təhlükəsizlik qurumları, internet və ya kiber polis orqanları yaradılır.
Belə ki, ölkələrin rəqəmsal iqtisadiyyatının sürətli inkişafı onlar üçün eyni zamanda müəyyən risk və təhlükələri də artırır. Məlumatların oğurlanması, sabotaj, şəxsi şəbəkələrə qanunsuz müdaxilə, kibercasusluq kimi təhlükələr fərdlərə, şirkətlərə, dövlətlərə və milli təhlükəsizliyə də təhdidlər yaradır.
Yarım milyon dollarlıq dələduzluqla bağlı bankdan AÇIQLAMA - YENİLƏNİB
Zaman-zaman Azərbaycanda da yerli mediada internetlə bank hesablarından oğurluq və digər kiber cinayətkarlıq hadisələrinin törədilməsi ilə bağlı məlumatlara rast gəlirik. O zaman məntiqi sual doğur: Azərbaycanda da xüsusi polis növünün - KİPERPOLİSin yaradılmasına ehtiyac varmı?
Azərbaycanda İT sahəsində tanınmış mütəxəssis, bu sahədə fəaliyyət göstərən şirkətlərdən birinin direktoru Rəşad Qafarzadə bildirib ki, hazırda ölkədə bu sahədə vəziyyət elədir ki, burada təkcə kiberpolisin yaradılması çıxış yolu deyil:
Bakıdan Paşinyana sərt mesaj - Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər
Kiberpolisin işi isə bank və bankomatlarda kart hesablarından pulların, həmçinin sosial şəbəkələrdə hesabların oğurlanması halları yaranarsa, dövlət orqanlarının saytlarına hücumlar olub fəaliyyətləri dayandırılarsa və ya ora başqa məlumatlar yerləşdirilərsə, yaxud başqa kiber cinayətkarlıq faktları olarsa, onların araşdırılması, cinayətkarın tapılması, fərdlərə və qurumlara tövsiyyələrin verməsi və qaydalar tətbiq edilməsi üçün fəaliyyət göstərməlidir.
Oturduğu budağı baltalayanlar və ya təhlükəsizliyimizin dəstəvuzluq təhlükəsi
Bundan əlavə, kiberpolisin yaradılmasından öncə bununla bağlı müvafiq qanunvericilik işləri görülməlidir. Məsələn piratçılıqla, ödəmələrlə və s. ilə bağlı müasir dövrün tələb etdiyi qanunlar var ki, bunlar Azərbaycanda tətbiq edilmir və ya tətbiq edilirsə də, həmin qanunlarda müəyyən boşluqlar mövcuddur. Əgər edilən hər hansı kiber cinayət qanunla sübut olunmursa, müvafiq qanunların qəbul edilməsi şərtilə kiberpolis təşkilatının yaradılmasına ehtiyac var".
Xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev isə Milli.Az-a bildirib ki, əksinə, Azərbaycanda kiberpolisin yaradılmasına ehtiyac yoxdur:
Ələt Qafqazın Dubayı olacaq? - Zənginlik vəd edən məkan - FOTO
Milli Məclisin üzvü, İKT iqtisadiyyatınin idarə edilməsi üzrə mütəxəssis Tahir Mirkişili isə Milli.Az-a deyib ki, Azərbaycanda kiberpolisin yaradılmasına yox, müasir üsullardan istifadəyə və onların təkmilləşdirilməsinə ehtiyac var:
Bank kartlarından pullar necə oğurlanır? - Müdhiş fırıldağın izi ilə
Bununla yanaşı xüsusi qeyd etmək istərdim ki, kibercinayətkarlığın miqyası sürətlə genişləndiyindən və bu məsələdə sosial şəbəkələrin imkanlarından da çox istifadə edildiyindən bu istiqamətdə səyləri daha da artırmağa, müasir mübarizə metodlarının tətbiqinə ehtiyac var. Əslində bu gün bütün dövlətlərin buna ehtiyacı var. Hətta ən inkişaf etmiş ölkələrdə də müxtəlif subyektlər Kibercinayətkarlığın qurbanı olurlar və dövlət bununla mübarizə üsullarının təkmilləşdirilməsi haqqında düşünür. Ona görə də bu ardıcıl, dayanmadan aparılan bir fəaliyyətdir. Bu baxımdan Azərbaycanda da yeni qanunların və qərarların qəbulunda bunlar nəzərə alınır".
İlkin İzzət
Milli.Az