Bakıdan Paşinyana sərt mesaj - Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər
Paşinyanın Madrid prinsiplərini başa düşmədiyini deməsi, əslində onu başa düşmək istəmədiyi kimi qiymətləndirilməlidir. Başa düşməyəni başa salmaq mümkündür, ancaq başa düşmək istəməyini başa salmaq çox çətin olur. Bunun bircə yolu var. O da Azərbaycan xalqının məhşur bir ifadəsində öz əksini tapıb ki, başa düşməyəni necə başa salırlar...
Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın "Yerkrapa"ın (Qarabağ müharibəsinin erməni könüllüləri birliyi) qurultayında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli və üzrə həll variantı haqqında fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, bölgədə slhün olması daha çox işğalçı Ermənistandan asılıdır: "Əslində aprel döyüşlərində Azərbaycan ordusu bu zərb-məsəli tətbiq etdi. Serj Sarqsyan yalnız bundan sonra məsələnin nə yerdə oduğunu başa düşərək getməli oldu. İndi görünür Paşinyanı da bu cür başa salmağın vaxtı çatıb. İkinci aprel həmləsi (Azərbaycan Ordusunun 2016-cı ilin aprelində cəbhədəki uğurlu hərbi əməliyyatları nəzərdə tutulur - İ.İ.) olsa, Paşinyan dərhal Madrid prinsiplərini də, onun nədən ibarət olduğunu da və necə dəqiq olduğunu da başa düşəcək...
Bu gerçəkliyi bildiyi üçün Müdafiə naziri Tonoyan qısa müddət sonra "format dəyişmək" həvəsindən düşdü və sülh istədiyini bildirdi. Hətta arzu etdi ki, Azərbaycan hərbi-siyasi elitası da sülhə hazırlaşsın. Elə biz də sülh istəyirik.
Sülhün olması isə daha çox işğalçı Ermənistandan asılıdır. Torpaqlarımızdan çıxıb getsinlər ki, sülh olsun. Əks təqdirdə anlaşmağa çalışan soyadlar dəyişə bilər. Yəni artıq Məmmədyarovla deyil, Həsənovla anlaşmalı olarlar ki, bu da ermənilər üçün heç arzuolunan deyil. Düşünürəm ki, baş diplomatımız bu sözü yerində deyib və bunun ardınca əməli addımlar olmalıdır. Ona da işğalçı Ermənistanın və onun hərbi-siyasi elitasının necə davarandığını hamımız görəcəyik".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan iddia edib ki, Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra belə, Madrid prinsiplərinin nə olduğunu anlaya bilməyib.
Sputnik-in məlumatına görə, İrəvanda "Yerkrapa"nın qurultayında çıxış edən Nikol Paşinyan bildirib ki, Madrid prinsiplərinin nədən ibarət olması və onun Ermənistana nə verəcəyini anlamaq onun üçün vacibdir. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham əliyevlə Vyana görüşündən sonra o, bu sauala cavab ala bilməyib.
"Yalnız bundan sonra biz onların bizim üçün nə dərəcədə qəbuledilən və ya qəbuledilməz olduğuna dair aydın cavab verərik," - Ermənistan Baş naziri bildirib.
"Vyanada İlham Əliyevlə görüşdən sonra da mən mümkün hər şeyi etdim ki, bizi qeyri-ciddi vəziyyətə salmayım," - deyən Paşinyanın fikrincə, münaqişənin həlli bütün tərəflər - Ermənistan xalqı, Dağlıq Qarabağda yaşayanıar və Azərbaycan xalqı üçün qəbuledilən olmalıdır.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var





