Azərbaycanda Silahlı Qüvvələrin yeni növü yaradılmalıdır
Müdafiə Nazirliyində bütün dünyada olduğu kimi informasiya və media texnologiyaları ilə işləməyi, informasiya müharibəsində döyüşməyi bacaran nəhəng bir komanda formalaşmalıdır.
Bunu Milli.Az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, Azərbaycanda əvvəlki dövlərlə müqayisədə informasiya müharibəsi ilə bağlı məsələlər, informasiya mühtinin yaradılması, cəmiyyətə həqiqətə uyğun infromasiyaların çatdırılması ilə bağlı müsbət istiqamətdə ciddi dəyişikliklər olub: "Son zamanlar cəbhə bölgəsində gedən döyüşlər zamanı sosial media, internet kömək etdi ki, insanlar daha tez səfərbər olsun, yalan məlumatlar ayaq tutmasın. Eyni zamanda, Azərbaycanın internet məkanında informasiya təhlükəsizliyi yüksək səviyyədə qorundu. Bir neçə xırda epizodları çıxmaq şərtilə internet mühitinin dayanıqlı fəaliyyəti təmin olundu. Sosial media mühitinin ictimai çəkisi, ictimai faydalılıq əmsalı xeyli artdı. Sosial medianın, ictimai-sosial, mənəvi gücü, kütləvi təsir gücü artdı, onun virtual deyil məhz real güc mənbəyi olduğu təsdiqləndi. Məlum oldu ki, bununla nəhəng ictimai-sosial kampaniyalar təşkil etmək olar. Milli Orduya güclü bir ictimai dəstək təşkil olundu. Bu məsələdə Müdafiə Nazirliyinin də rolu əvvəlki illərə nisbətən qat-qat yüksək oldu".

Amma ekspertin fikrincə, indiki situasiyada tendensiyanın bu cür davam etməsi yetərli deyil. O.Gündüz hesab edir ki, artıq informasiya resurslarına konkret silah növü kimi baxılmalıdır: "Ümumiyyətlə, baxmayaraq ki, müsbət istiqamətdə xeyli dəyişikliklər olub, bununla belə Silahlı Qüvvələrin informasiya siyasətinin qurulması işlərini yetərli hesab etmək olmaz. Son dövrlərin münaqişələri göstərir ki, ona cəlb olunan ölkələrin hərbi qurumları müharibə başlanarkən mövcud fiziki-hərbi resurslarla bərabər jurnalisti, bloggeri, sosial media istifadəçisini də şəxsi heyətin bir üzvü olaraq qəbul edirlər. Həmçinin, müharibə edən ölkələrdə hansısa bir söz, şəkil, video, tvit, status, yazı, xəbər, təhlil, bütövlükdə internet və informasiya bir silah növü olaraq qəbul edilir.

Əgər bunlar silahdırlarsa, deməli, televiziya, internet, sosial media, ayrılıqda Feysbuk, Yutub, Tvitter və s. belə demək mümkünsə, artıq müharibə edən ölkə üçün Silahlı Qüvvələrin bir qoşun növüdür. Yəni Silahlı Qüvvələrin Baş Qərargahı hansısa əməliyyatı planlaşdıranda mütləq bu qüvvələrin də fəaliyyətini nəzərə alır, ondan bacarıqla istifadə edir. Bu, təkcə "filan şəkilləri filan sosial mediadan yığışdırın" tövsiyəsindən ibarət olmur. Onlar informasiya ilə işləməyi, bu tip resurslarda, sözün əsl mənasında, döyüşməyi bacaran peşəkar mütəxəssisləri də səfərbər edirlər.

Lakin təəssüf ki, biz hələlik bunu özümüzdə müşahidə edə bilmirik. Müdafiə Nazirliyinin cəmiyyətə sürəkli şəkildə düzgün informasiyalar ötürməsi isə informasiya müharibəsində üstünlüyün bizim tərəfimizdə olmasında mühüm rol oynayır. Çünki informasiya müharibəsinin məqsədi, sadəcə, təbliğat deyil, son məqsəd elə müharibədə qalib gəlmək, ölkənin ərazi bütövlüyünü qorumaq, dövlətin təsir imkanlarını gücləndirməkdir".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
-
Göygöldə ağır qəza - Yaralananlar var





