Ölkə

Bakı sakinlərinin lift dərdi: Düzgün istifadə etməyiblər? - VİDEO

15 Aprel 2019 17:09
2 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nizami rayonu, Elşən Süleymanov 59 ünvanında yaşayan bina sakinlərinin şikayəti yaşadıqları binada liftlərin işləməməsi ilə bağlıdır. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci ildən istifadəyə verilən binanın liftlərinin işləməməsi sakinləri 10 mərtəbəli binanı ayaqla qalxıb düşməyə vadar edir.

Sakinlər bina tikilərkən köhnə liftlərin quraşdırıldığını deyirlər. Onlar bu barədə dəfələrlə binanın məxsus olduğu "Çənlibel" MTK-nın sədrinə məlumat versələr də, bir nəticə əldə edə bilməyiblər.

Məsələ ilə bağlı "Çənlibel" MTK-nın sədri Vüsal Abdullayevlə əlaqə saxladıq. Sədr problemin səbəbini sakinlərin liftdən düzgün istifadə etməməsi ilə əlaqələndirdi. Vüsal Abdullayev sakinlərin binaya köhnə liftlərin quraşdırılması ilə bağlı ittihamlarını da təkzib etdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı sakinlərinin lift dərdi: Düzgün istifadə etməyiblər?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.