“ADA” Universiteti və “Azərbaycan Sənaye Korporasiyası” ASC iqtisadiyyat və biznes sahəsində gənc istedadları birgə dəstəkləyəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Sənaye Korporasiyası" ASC və "ADA" Universiteti arasında anlaşma Memorandumu imzalanıb.
Milli.Az xəbər verir ki, ASC-dən Trend-ə verilən məlumata görə, sənədi universitetin icraçı prorektoru Fariz İzmayılzadə və Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar.
Universitetin icraçı prorektoru F.İzmayılzadə imzalanan anlaşmanın tələbə və məzunların məşğulluq imkanları, eləcə də elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyət daşıdığını bildirib.
Korporasiyanın baş direktoru K.Nəbizadə qarşıda duran vəzifələrin həllində ixtisaslı və peşəkar kadrların çatışmazlığı əsas çətinliklərdən biri olduğunu vurğulayaraq, qeyd edib ki, imzalanan sənəd ilk növbədə istedadlı gənclərin işlə təmin olunmasına xidmət etməlidir.
İlkin olaraq bir il müddətində nəzərdə tutulan əməkdaşlıq zamanı tərəflər tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirəcəklər. ADA-nın elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.
Mövcud iqitsadi imkanların artırılması istiqamətində işlərlə yanaşı "Azərbaycan Sənaye Korporasiyası" ASC Universitetdə fəaliyyət göstərən ixtiraçıların aşkarlanması, onların təkliflərindən Korporasiyanın üzvlərinin yararlanması üçün tədbirlər görəcək. Bundan əlavə tələbə təqaüdləri proqramlarına dəstək olmaqla tərəfdaşlar iqtisadiyyat və biznes sahəsində ən yaxşı istedadların üzə çıxarılmasını təmin edəcəklər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
XƏBƏR LENTİ
-
Litva – Azərbaycan matçının hakimləri açıqlandı
-
Manaf Ağayevə ağır itki
-
Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
-
Ayın 26-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Prezident İlham Əliyev: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
-
Prezident İlham Əliyev: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib
-
Formula 1-də üçüncü sərbəst yürüş başladı
-
Prezident İlham Əliyev: TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək
-
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
-
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - (Foto)
-
Xarici ölkə vətəndaşı ilə əlaqəsi olan şəxs 11 kiloqram narkotiklə tutuldu
-
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib
-
Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib
-
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Bulvarda bahalaşma ilə bağlı rəsmi açıqlama
-
Prezident İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - (Foto)
-
Azərbaycana ən çox kimlər gəlib?
-
Xarici yazar Azərbaycan şəhidlərini yad etdi: “Azərbaycan yenidən şəhidlərinə baxır”
-
Ziraat Bank Azərbaycan müştərilərinə xüsusi üstünlüklər və eksklüziv imkanlar təqdim edən yeni Visa Infinite premium kartını istifadəyə verib
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)





