Ölkə

Yevlaxda adı "Qırmızı Kitab"a düşən bitki yanaraq məhv olub - VİDEO - FOTO

11 Mart 2019 16:08
0 Şərh     Baxış: 1 214
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yevlax rayonunda adı "Qırmızı Kitab"a düşən yulğun kolları yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Boşçalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, quru otun alovlanması ilə başlayan yanğın daha sonra yulğun kolu sahəsinə keçib. Nəticədə xeyli sayda kol yanaraq məhv olub. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlaxdan keçən hissəsi boyunca yol kənarında bitən yulğun kolları Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşüb və qorunur. Bu bitki quraqlığa və şoranlığa davamlı olduğundan yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Yevlaxda adı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.