Ölkə

Paytaxta girişinə qadağa qoyulan yük maşınları hansı yolla getməli? - Marşrutlar

8 Noyabr 2018 12:34
1 Şərh     Baxış: 8 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın  30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilir.

Milli.Az xəbər verir ki, əvvəlki dövrdə yük avtomobillərinin müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib.

Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.  

Belə ki, DİN-dən Milli.Az-a verilən məlumata görə, mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq.

Hesab edilir ki, bu yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq.  

Qeyd edək ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib:

1. Lökbatan dairəsi - Xocahəsən yolu-Sulutəpə qəsəbəsi - Binəqədi  yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) - Mehdiabad yolu  - Balaxanı yolu - Zabrat - Maştağa yolu - Albalılıq yolu - Mərdəkan yolu - Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni Günəşli - General Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;

2. Sumqayıt yolu - Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu - Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu - Taxta bazarı və əks istiqamətdə;

3. Ə.Rəcəblidə geriyədönmə yeri, "Şır-şır" restoranının yanı, "Taxta" bazarı;

4. "Çermet" körpüsünün altı, Ziya Bünyadov prospekti, metronun "Koroğlu" stansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən - Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil" yanacaqdoldurma məntəqəsinin yanında geriyədönmə yeri "Baku Steel Company" istiqamətində;

5. Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi.

Xatırladaq ki, bu qadağalar oktyabrın 1-dən qüvvəyə minib və çəkisi 5 tondan çox olan yük avtomobillərinə şamil edilir. Komissiyanın qərarına əsasən, yük avtomobillərinin səhər 7:30-dan axşam 20:00-dək Bakıya daxil olması qadağandır. Qadağanı pozan sürücülər qanunvericiliyə müvafiq olaraq cəzalandırılacaqlar. 

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.