Avtoritet “Maqa Ağcabədili”nin qətlinin ŞOK TƏFƏRRÜATI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moskvanın cənubunda əslən azərbaycanlı olan Cəfərov Məhəmməd Əlinin qətlə yetirilməsi barədə məlumat vermişdik.
Milli.Az femida.az-a istinadən xəbər verir ki, əslən Ağcabədi rayonundan olan Cəfərov Məhəmməd Əli bir neçə il bundan əvvəl Rusiya Federasıyasında həbs olunub. Həbsxanada olduğu müddətdə Balakən rayonundan olan şəxslə (istintaq getdiyi üçün adını açıqlamırıq) tanış olub. Təxminən 3 il əvvəl həbsxanadan çıxan Məhəmməd Əli Azərbaycana qayıdıb. Ailəsi, qohumları ilə görüşdükdən sonra yenidən Rusiya Federasiyasına qayıdıb.
Mənbənin verdiyi məlumata görə, Cəfərov Məhəmməd Əli Moskvada kriminal aləmdə "Maqa Ağcabədili" kimi tanınıb. Moskvada bir sıra bazarlara nəzarəti məhz onun başçılıq etdiyi qrup həyata keçirirmiş. Moskvada həbsxanada yatdığı şəxslə yenidən münasibətləri yaranan "Maqa" bir müddət onunla bir evdə yaşayıb. Hadisə baş verən günü onlar içki məclisində olub. Aralarında yaranan mübahisə sonda həbsxana yoldaşlarından birinin ölümü, digərinin həbsi ilə yekunlaşıb.
Moskvada qətlə yetirilən azərbaycanlı kriminal avtoritetin meyiti dünən gecə Azərbaycana gətirilib. Hazırda Ağcabədi rayonunda "Maqa Ağcabədili" nin dəfni həyata keçirilir.
"Maqa" Ağcabədidə tanınmış bir nəslin nümayəndəsi olub. O, Xüsusi Təyinatlı Kəşfiyat Bölüyünün komandri olmuş Tofiq Cəfərovun əmisi oğludur. T.Cəfərov döyüşə 1989-cu ildə Şuşanın Turşsu deyilən kəndindən başlayıb. Atəşkəs elan olundan sonra ehtiyata buraxılıb. Ehtiyatda olan zabitdir, müharibə zamanı 2 dəfə yaralanıb, 2-ci qrup Qarabağ əlilidir. Ağcabədi rayon hərbi polisin rəisi olub.
Hadisə ilə bağlı saytımıza açıqlama verən Tofiq Cəfərov hazırda mərhumun dəfni ilə məşğul olduqlarını bildirib.
"Dünən gecə Məhəmməd Əlinin meyiti rayona gətirilib. Hadisəni törədən şəxs artıq tutulub. Rusiya polisi istintaq aparır", - T.Cəfərov bildirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüqar Hüseynov vəzifəsindən azad edildi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
"Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqlı qərardır"





