III Buktreyler Festivalının Qala Gecəsi baş tutdu: qaliblər elan edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Üçüncü Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi baş tutdu.
Kinoaktyor, prodüser Ruslan Sabirlinin müəllifi və təssiçisi olduğu, Mədəniyyət Nazirliyinin, Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi, Azercell və Libraff-ın tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Çingiz Abdullayev (Azərbaycan detektiv yazıçısı, nasir, publisist. Hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvü, PEN-klubun sədri), Oqtay Mirqasımov (kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti), Yusif Şeyxov (ssenarist, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri), Mehriban Zəki (teatr və kino aktrisası, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı), Murad Dadaşov (Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı, kreativ teleprodüser, aktyor) kimi şəxslərin daxil olduğu Münsiflər Heyətinin iştirakı ilə keçirilən gecənin fəxri qonaqları arasında Mədəniyyət Nazirliyinin rəsmiləri və digər dövlət məmurları, yazıçı-publisist Günel Anarqızı, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev. Tanınmış TV və radio aparıcıları və s. kimi cəmiyyətin tanınmış şəxsiyyətləri oldular. Onların hər biri öz çıxış nitqi ilə festivalın mühümlüyünü vurğulayaraq qaliblərin adlarını açıqlayaraq təltif etdilər.
Əməkdar artist Fərqanı Qasımovanın çıxışı isə Qala Gecəyə xüsusi bir rəng qatdı, festivalın ovqatını dahada gözəlləşdirdi.
Qaliblər elan olunaraq onların çəkdikləri buktreylerlərin nümayişi baş tutdu.
Qeyd edək ki, qaliblərə I yer - 1000 AZN, II yerlər hərəsi 800 AZN, III yerlər hərəsi 500 AZN olmaqla pul mükafatına layiq görülmələri ilə yanaşı Festivalın tərəfdaşları olan Azercell şirkətindən Bookmate tətbiqinə 1 illik pulsuz abunə, Libraff şirkətindən isə Aydın Dadaşov - Müasir Azərbaycan kinosu, Qəzənfər Kazımov - Azərbaycan dilinin tarixi, Oljas Sülemenov - Türklər tarixdən əvvəl, Xaləddin İbrahimli - Azərbaycanın mühacirət tarixi,
Çingiz Abdullayevin kitabı daxil olan ədəbiyyat boxçası hədiyyə edildi.
Qaliblər:
I YER "Kitab və Qutab" Tural KƏRİMOV - 1.000 AZN
II YER "İkimizin hekayəsi" Cavad NURİYEV - 800 AZN
II YER "Şahid" Firdovsi NƏBİYEV - 800 AZN
III YER "Bulud bağçaları" Eybulla AĞADADAŞOV - 500 AZN
III YER "Can nənə, bir nağıl de" Binyamin SAİLOV - 500 AZN
III YER "Almafobiya" Sərdar TAĞIYEV - 500 AZN
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi





