Ölkə

Falçının zorladığı qızlardan şok açıqlamalar - Bakıda dəhşətli olay - VİDEO - FOTO

20 Aprel 2018 12:05
68 Şərh     Baxış: 24 537

Falçı qızları aldadıb, zorlayıb.

Milli.Az xəbər verir ki, zərərçəkənlər "Yeni Müsavat"a başlarına gələnləri danışdılar; 20 yaşlı tələbə qız: "O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm"; 18 yaşlı tələbə qız: "Özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb".

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ov"layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar. 

Falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər. Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, "Təmiz Dünya" İctimai Birliyinə də məlumat vermişik.

"Quran"da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən"

20 yaşlı Ə.A-nın dedikləri: (Redaksiya bəzi məqamları nəzərə alaraq zərərçəkənlərin adlarını şərti verir) "Ötən ilin noyabr ayında "İnstagram"da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur".

Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi "köməkliklərə" görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib: "Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl "işi" davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, "Quran"da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, "həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən".

"Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm"

Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, "effekti olmasa, sənin pullarını geri qaytaracam". Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq "iş işdən keçib", bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, "sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə "aybaşı" olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, "həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək".

"Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki..."

Ə.A-nın sözlərinə görə falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib: "Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı".
Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib: "Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.

"Bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm..."

Bir dəfə onunla mübahisə edəndə dedi ki, "bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm, amma onlar sənin kimi hay-küy salmır". Məsələ araşdırılsa, yəqin ki, həmin qurbanlar da ortaya çıxacaq. Aidiyyəti qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənim və digər qurbanların haqqı yerdə qalmasın, cinayətkar öz cəzasını alsın".

"Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb"

Falçının qurbanı olduğunu bildirən digər tələbə, B.İ. isə bunları söylədi: "2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla "İnstagram"da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, "Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən". Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.

Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, "sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, "məni şərləmə, get evimdən!" Qorxumdan bu haqda heç kəsə bir söz deyə bilmədim. Bir neçə gün sonra zəng edib dedi ki, mənə bu məsələdə köməklik edəcək, yenidən evinə çağırdı. Mən onun evinə getdim. Bu dəfə isə mənə su içirtdi. İkinci dəfə məni belə zorladı. Bu haqda heç kəsə deməməyim üçün məni şantaj, təhdid edirdi. Olanlardan şoka düşmüşdüm. Onun təhdidlərinə dözməyib aprel ayında polisə müraciət etdim. Lakin o, yenidən məni qorxutmağa, "ailənizi dağıdaram, sən mənə heç nə edə bilməzsən, polislər mənim əlimdədir, onların işi məndən keçir" və sairə bu kimi təhdidlər etməyə başladı. Bu haqda polisə müraciət etdim. Onu polis bölməsinə aparıb, sorğu-sual etdilər. Lakin o, məni tanımadığını, ilk dəfə gördüyünü söylədi".

"Cinayətkar cəzasız qalmasın"

B.İ. çıxılmaz vəziyyətdə qaldığını, buna görə aidiyyəti orqanlardan köməklik istədiyini deyib: "Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın". Məsələ ilə bağlı qarşı tərəfin də rəyi  öyrənilməyə çalışılsa da, zənglərə cavab verən olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda dəhşətli olay! Falçı 46 tələbə qızı zorladı

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

68 Şərh:

  • Anonim
    sh · 20 Aprel 12:16305

    Universitet telebesi ve fal. Bizim tehsil cavanlarra tehsilden basqa her sey verir... Tessuff(

    Cavab yaz
    • Anonim
      Filiz · 20 Aprel 13:20203

      1ce defe falciya getdim ve 1ci axrinci deffe oldu getmeyim.ALLAHDAN BASQA HEC KIM GELECEYI BILMIR.

      Cavab yaz
      • Anonim
        K.......M · 20 Aprel 13:5360

        Filiz bunu anladiginiza sevindim

        Cavab yaz
        • Anonim
          Filiz · 20 Aprel 16:1400

          Allah sevindirsin sizi hemise

          Cavab yaz
      • Anonim
        falciya gedenlere · 20 Aprel 19:5920

        burdakilarin hamisi falçiya gedib,indi aqil oyredir.menide aldadib rus falçi

        Cavab yaz
    • Anonim
      asi · 20 Aprel 13:27130

      Təhsilin nə günahı var ki?? Təhsil demir ki, instagramda tanış olduğun tanımadığının ağlına uy get falçı qapısına..

      Cavab yaz
  • Anonim
    Yağmur-S · 20 Aprel 12:25255

    Sözün bitdiyi an...türküyeni qınayanlar! Hardasınız ,bu bizde olubee.dehşet bu manyakı edam etmek lazımdır.pedofil köpekoğlu ,bele işin var evlende ay gic,yeqin polislere haqq gedir ona görede susublar.

    Cavab yaz
  • Anonim
    xaker · 20 Aprel 12:28230

    her defe falcinin evine hansisa senedi axtarmaga gedene kimi 1 defe polisnen gederdine.tembole adreside bilirdin.basdan xarablar

    Cavab yaz
  • Anonim
    ? · 20 Aprel 12:31250

    Bunlar nə danışır? Bu qədər özbaşınalıq dərəbəylik olar? Evinə gələn qadınlarla yat sonrada əl qolunu salla, gəz. 500 manatı verənin başına daş düşsün. Nə qanmaz qadınlardi bunlar?

    Cavab yaz
    • Anonim
      Salam · 20 Aprel 16:2530

      Bu qadinlarin hereketlerinin cahillik ve avamliqdan bawqa adi yoxdur. Polisle gedib uzune durmur, gedib sened axtatir falci alcaq da iwin görür.

      Cavab yaz
  • Anonim
    maqa · 20 Aprel 12:32161

    cox heyif olum hokmu legv edilib yoxsa o eclafi asmaq lazimdir ozude harASINDAN NAKIWI SENIN QENIMIN ERMENI OLSUN

    Cavab yaz
  • Anonim
    ana · 20 Aprel 12:35220

    Ozu yixilan aglamaz deyibler Agliniz hardaydi.?Allahdan bawqa hec kim kimsenin heyatini deyiwe bilmez Biride hansisa rayonda olmuwdu Seyid adiyla qizlari bedbext etmiwdi Ay milletim falci cadu hamisi bow weylerdi inanmayin Her gun Ayetul kursu Feleq Nes surelerini oxuyun Yungullewersiz O firildaqcilara gelende yeqinki huquq muhafize orqanlari tapib cezalandirar Olan size oldu Allah komek olsun

    Cavab yaz
  • Anonim
    konul · 20 Aprel 12:38110

    sebrim catmadi sondek oxuyum dar dushuncelililer ne ishin var senin tanimadigin birinin evinde falci yox bir ne Allah aqil versin amma uje gecdi ((((

    Cavab yaz
  • Anonim
    ad · 20 Aprel 12:4490

    ALLAH blasını versin .....!

    Cavab yaz
  • Anonim
    SEVDA.Sabirabad · 20 Aprel 12:44145

    18 ...20 yawda qızın falcı yaninda nə iwi var.Bu qızların valdeyinləri hara baxır.Valdeyin məsuliyətsizli övladın faciəsi ilə bitir.

    Cavab yaz
    • Anonim
      Üzr istəyirəm · 20 Aprel 13:23184

      Neçə yaşında məsləhətdi falçıya getmək?

      Cavab yaz
  • Anonim
    Elemdar · 20 Aprel 12:4492

    Qizin falcida ne iwi var alah ne veribse o da olacag

    Cavab yaz
  • Anonim
    sss · 20 Aprel 12:4571

    1-ci getmeyinizi belke hardasa cahilliye baglayib basa dusduk, bes 2-ci defe bile -bile ki basiniza oyun acilib hara ? niye? ne sebebe getdiz ? bu bir az uzr isteyirem ifademe gore cahillik yox axmaqliqdi ve belke de daha artigidir..

    Cavab yaz
  • Anonim
    ehhh · 20 Aprel 12:5170

    bizi de aldadiblar bu yox Montinde rus falci

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 20 Aprel 12:59150

    Falçılarda belə istedad varsa qoy özlərini ağ günə çıxarsınlar

    Cavab yaz
  • Anonim
    Аyan · 20 Aprel 13:0461

    Ay aman bu nece savadsizliqdi tehsilli olasan ve falciya gedesen ozude kisi falci hemde evine bu azmis kimi tekrar cagira yene gedesen olmek zorlanmaqdan meslehetdi bir isdi, indi bu qizlar heresi bir evin gelini olacaq bu dehsetdi bugun bu ise susanlarin Allah cezasin versin! Bu qeder qizin heyatini, geleceyini, ozune guvenini itirmeyin cezasi verilmelidir!!

    Cavab yaz
  • Anonim
    Reyhanə · 20 Aprel 13:05100

    Mesele bu alcağın etdiyi eməldi ki cəzasız qalib. Amma siz de başlamısız ki cavan qiz falçıya niye gedr? Düzdür taniyib bilmədiyi yere getməməlidir. Lakin bu baş vermiş hadisə en evvəl əlaqədar dovlət orqanlarını sonra isə ictimayəti ciddi narahat etməlidir. O manyak tezliklə oz cəzasına catmalıdır

    Cavab yaz
  • Anonim
    Z.N · 20 Aprel 13:1254

    Universitet telebesi cahil ola bilirmi?

    Cavab yaz
    • Anonim
      · 20 Aprel 13:2672

      Əli diplomlular elə hamısı ağıl dəryasıdı da)) ((((((

      Cavab yaz
      • Anonim
        Ayla · 20 Aprel 17:0501

        Diplomu yoxdu hele, belke de hec olmadi bu agilla

        Cavab yaz
  • Anonim
    millet · 20 Aprel 13:1245

    bu da qızlarrr!!!!!!

    Cavab yaz
  • Anonim
    asi · 20 Aprel 13:30145

    Maraqlıdır ki, 18-20 yaşlı gənc qızlar 500-900 manatı haradan alıb falçıya verir..Falçının fırıldağına şübhəm yoxdu, amma qızlar da nəsə düz danışana oxşamır.Hələ biri bir neçə dəfə görüşə gedib..Yuxardakı şərhçi demişkən, 1 dəfə polislə gedəydin, iş bitəydi..

    Cavab yaz
    • Anonim
      Ayla · 20 Aprel 17:0753

      Indi bakireliyi olmayan hami deyecek falci eledi. Ya zdes ni prichom.

      Cavab yaz
    • Anonim
      elshen · 20 Aprel 19:4734

      Bu qizlar ozleri duz emelli adam deyiller, vesselam. Bunlara macera lazim idi, bunu bawa duwmeye ne var idi axi. Zorlanmaq istiyibler, qeyri adi istekler hissler olub onu da reallawdiriblar. Falchi onsuzda hemiwe falchiliq edib )), molodes . Ayri vaxti bir qizla normal qaydalarda taniw olmaq istoyisen agiz burun eyib naz edirler, gerek deyesen ki onda gel evime sene falda baxib sonra da yaxshica dinceldim, ona yeqin gozleri iwildayacaq hevesleri yaranacaq

      Cavab yaz
      • Anonim
        h · 22 Aprel 02:5100

        bawina gelsi!c

        Cavab yaz
  • Anonim
    Saray♡ · 20 Aprel 13:3272

    Telebe de 900 manat ne gezirki? Anlamiram telebenin falciyla ne isi ola biler? Falci yox firildaqci.elm de adi budu.

    Cavab yaz
  • Anonim
    Saray♡ · 20 Aprel 13:3547

    Allah bilir kimin evin yixmaq ucun falciya gedib indi oz evi yixildi burda Allah ozunu ona xatirladib.insanlar gozel arzularini Allahdan isteyir.ama beziler daha artigina tamah salir.

    Cavab yaz
    • Anonim
      . · 20 Aprel 15:4341

      Saraysan, qəsrsən nəsən, hardan bilirsən ki ev yıxmağa gediblər? Sən özün bu işlə məşğul olursanki bilirsən falçı yanına gedənlərin məqsdini? Bilmədən baval, günah yuma. Guya özün qız vaxtı heç falçıda olmamısan hə?

      Cavab yaz
      • Anonim
        Saray♡ · 20 Aprel 18:5911

        Saray menim adimdir.ve men oz adimla yaziram.sizin kimi noqte qeder kicilmirem.siz kimsiz ki mennen bele danisirsiz? gedin agzinizi calxalayin sonra mene cavab yazin.hamiya melumdur ki falciya geden kimese pislik etmekcun gedir.kimse gozel niyyetle getmir.o yasda qizin elinde o pul varsa demekki imkanida yaxsidi.ozune yaxsi gun yasatmaq ucun getmiyib yeqinki. Menim Allahim var. Men Allaha dua etmekle mesgulam.Allah ozu mene yar ve yardimci olur herzaman.menim firildaqciyla isim yoxdur.sizide Allaha tapsiriram o bilir ne edeceyini.

        Cavab yaz
  • Anonim
    Anonim · 20 Aprel 14:3972

    18-20yaşlı tələbələrdə 500 və ya 900 manat hardandı. Camaat o pulu 1aya işləyib qazana bilmir. Bunların valideynləri hara baxır? Qızına o boyda pulu verib falçı yanına göndərən valideyndədi günah.

    Cavab yaz
  • Anonim
    Rony · 20 Aprel 14:5230

    Mirzə Ələkbər Sabir, Allah sənə qəni-qəni rəhmət eləsin...Millətimiz hələ də falçı yanına gedir....

    Cavab yaz
  • Anonim
    Lalə. · 20 Aprel 14:5350

    O falçıdır ne zibildir onu edam etseler yaxsidir 46 qizi zorluyub byraxub yalanan dabisib kül senun kisi basiva quran sene qenim olsun allah nece bunlar elefiyleri yerde canını bir anda almır insallah o qizlarin ahi tutar onu allahbekasini versin ...nece alcaq serefsiz öz bacisina anasina elesinde ... niye camatin bacisina qizuna goz tikir gözderi cixsin insallah ..hardadir o gün Ammin

    Cavab yaz
  • Anonim
    (((( · 20 Aprel 15:1010

    Beledeki aile seadeti can sagligi(( yandigimnan yazdim

    Cavab yaz
  • Anonim
    iyo-kiyo · 20 Aprel 15:2101

    inanmiram bu meseye.o qizin daniwdiqi keci hemiwe hara gedir meselesidi.)))))))) 2 ci defe ne itin azmiwdi orda? ne ise.yazmazdim yazdim ona goreki her yaziya her kes inanmir bunu bilesiz

    Cavab yaz
  • Anonim
    anonim · 20 Aprel 15:2820

    Dehshetdiyee hem pulun alir hem de bakireliyin... sozun bitdiyi an... no comment....

    Cavab yaz
  • Anonim
    x · 20 Aprel 15:3720

    Bu yazini tam olaraq sonadek oxudum. Bir sheyi anlamiram, bu qizlar hem problemlerine gore falcinin yanina gedir hem de o qeder pul verirler onlara. biri 500, biri ayri ayri vaxtlarda 900. bu problemli qizlar o qeder pulu hardan aliblar. qeribe hadisedir.

    Cavab yaz
  • Anonim
    arsenal · 20 Aprel 15:4042

    900 MANAT VERIBLER KI ZORLA MENI...

    Cavab yaz
    • Anonim
      Real Madrid · 20 Aprel 17:1610

      Sadece agillari kabloklari qeder olub

      Cavab yaz
  • Anonim
    sax · 20 Aprel 16:0323

    her ikisi deyir ayilanda zorlandigini basa dusub.amma nedense ikinci defe gedibler.yeqin yene isteyibler

    Cavab yaz
    • Anonim
      Allah heç kəsə göstərməsin · 20 Aprel 17:4020

      Belə şeyə gülməzlər, amma şərhinizə güldüm

      Cavab yaz
  • Anonim
    Oxucu · 20 Aprel 16:0530

    Gənc qızlar, yeniyetmə qızlar səhv edə bilərlər, cahillik edə bilərlər, amma bu o demək deyil ki, buna görə onları zorlamaq lazımdır. O qızların bütün gələcəkləri, həyatları məhv oldu, bizdə bakirəliyin necə vacib və həssas məsələ olduğun da unutmayaq. Əgər yazılanların hamısı düzdürsə, o alçağa ömürlük həbs verilməlidir. İnşaAllah həbs olunar və içəridə də öhdəsindən gələrlər!

    Cavab yaz
  • Anonim
    M--77 · 20 Aprel 16:3330

    Nə yaxşı bu məqaləni çap etdiniz avam millət ayılsın. Gör nələrə pul xərcləyirlər

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 20 Aprel 16:5130

    Bu yawda telebe qizlarin 500mnti hardandi goresen? Telebenin falcida ne iwi var axi? Umumiyyetle falcilar firildaq olur.

    Cavab yaz
  • Anonim
    - · 20 Aprel 18:0110

    Adama deyerler senin falcida ne isin var.Qaldi o,alcaqa,Allah belasin versin.

    Cavab yaz
  • Anonim
    User · 20 Aprel 18:2512

    Bu menim shehsi fikrimdi.Belke de sehv edirem.Amma bu meselede cox shubheli megamlar var.Seni zorlasinlar sende her defe tezeden o adamin yanina get.Zorlamaya meruz qalan qadinlar elehsuzda qizlar zorlayan shehsi gorende cehennemi gormush olurlar.Sussada hec kese o meseleni achiqlamasada zorlayanin yanina birde getmez.Ozde deyirdiler tehdid edirdi bizi.Bes qorxmurduz ki size ele zibil ichirder ki birde ayilmiyasiniz.Ya bir bashqa yolla oldurer.Mene ele gelir ki bu qizlar hansisa bir megsedle o falchinin yanina gedibler.O onlar problemlerinde komek elemeye soz verib.Amma elbette hec bir shey alinmayib.Ona gore ki fal firildaxdi bashdan ayaga .Indi o falcidan geri pul isteyirler.O da qaytarmir.Ona gore bele bil nagil uydurublar.Birde nece olur ki 46 beferden birce bunlar uze cixib.

    Cavab yaz
    • Anonim
      Anonim · 20 Aprel 20:2400

      Bu qızların dediklərinə inansaq şantaj eləyib bunları. İndi internet deyilən bir baş bəlası varda. Sadəcə burda qaranlıq məqam odurki, tələbə qızlarda o boyda pul hardandı?

      Cavab yaz
  • Anonim
    Aygun · 20 Aprel 18:3731

    Burda yazanların hamisi falcida olub indi aqilli aqilli daniwirlar O mexluqa en ağır ceza vermek lazımdır şerefsiz alcaq hem pulunu alır hem bedbext edir

    Cavab yaz
    • Anonim
      Aygune · 20 Aprel 19:0112

      Men hec vaxt olmamisam.amma siz yuz faiz olmusuz.serhinizden bellidi.

      Cavab yaz
  • Anonim
    elnur · 20 Aprel 19:3412

    gop da olsa maraqlidi

    Cavab yaz
  • Anonim
    SEMA · 20 Aprel 19:3620

    FALCIYA GETMEKLERINI ANLADM BES ONUN VERDIYI CAYI NIYE ICIRSIZ? MENDE GETMIWEM FALCIYA AMA TANIMADIGIM YERDE NE YEMEK YEYEREM NEDE CAY SU ICEREM.USTELIK KIWI FALCI.QADIN FALCILAR DURA DURA KIWI FALCILARIN YANINA NIYE GEDIRSIZ

    Cavab yaz
  • Anonim
    SG · 20 Aprel 19:4910

    Yenədə "milli az" mənim şərhimi bəyənmədi nədi ,vermədi :).Əzizlərim doğru olanı yazmışdım burda artıq əsgik heçnə yazmamışdım axı ,siz vermiycəyiniz qədər pis bir ifadədə işlətməmişdim , nəysə yenədə sağ olun

    Cavab yaz
  • Anonim
    tehi · 20 Aprel 20:3910

    ehhhhhhhhhhhh

    Cavab yaz
  • Anonim
    Pərish · 20 Aprel 20:4221

    Burda bezi şərh yazanlar o falçı qədər cinayətkardırlar. Yıxılana balta vurmağa nə var??!

    Cavab yaz
  • Anonim
    Molla Nəsrəddin · 20 Aprel 21:2730

    A kişilər! Siz nə danışırsız? Camaatın gül kimi qızlarını alıb,evlərinə, peşkəşlərinə,pullarına sahib çıxan,axırda qucaqlarına uşaqlar verən o qədər əclaflar peyda olublar ki,heç dövlət də onlarla bacarmır...

    Cavab yaz
  • Anonim
    Molla Nəsrəddin · 20 Aprel 21:3030

    Bu dəqiqə bu ölkədə 10000-lərlə cavan qadınlar 2-4 uşaqla alimentsiz,ata evlərində və ya kvartiralarda (kirayələrdə) ac-susuz və ya əzab içində qalıblar

    Cavab yaz
  • Anonim
    Molla Nəsrəddin · 20 Aprel 21:3030

    Ölüm hökmü lazımdır!

    Cavab yaz
  • Anonim
    Mirzəcəl İloğlu · 20 Aprel 21:3235

    Əla! Bir neçə qız arzusuna çatıb!

    Cavab yaz
  • Anonim
    Doktor · 20 Aprel 21:5840

    Siz hele o instaqramdaki araçidan danisin."falçı"qeder o da gűnahkardi

    Cavab yaz
  • Anonim
    Molla baci · 20 Aprel 22:4530

    Elesi eclaflari xedim erdirmek lazımdı.iyrenc mexluq.qizlarda tanımadığı eve. Kişi falcı yanına özleride tek niye gedibler.gunahdi,haramdır.fala baxmaqda,baxdirmaqda.

    Cavab yaz
  • Anonim
    dəli · 21 Aprel 00:5610

    belə manyakı ancaq edam etmək.heyf ki Azərbaycanda edam cəzası yoxdur.bu qızların analarlnın başına daş düşsün.

    Cavab yaz
  • Anonim
    Xezer · 21 Aprel 20:4901

    Seyidliyi ile oyunenler oxuyun

    Cavab yaz
    • Anonim
      mirsaleh · 22 Aprel 02:5510

      bu seyid deyil.seyid adindan istifade edib adini deyiwib.meqaleni tam oxu

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.