Üçüncü Buktreyler Festivalı: iştirak üçün nə etməli?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Azercell və Libraff şirkətlərinin dəstəyi ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı Buktreyler Festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, yerli gənc yazarlara dəstək olunması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalda iştirak etmək üçün lazım olan aşağıdakı 8 addımı nəzərinizə çatdırırıq:
1. ONLINE QEYDİYYATDAN KEÇİN
Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.
2. SEVDİYİNİZ KİTABI SEÇİN
İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).
3. BUKTREYLERİN SSENARSİNİ YAZIN
Bunun üçün kİtabın ən maraqlı anlarını seçİn. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.
4. BUKTREYLERİ HAZIRLADIĞINIZ SSENARİ ƏSASINDA ÇƏKİN
Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan
smartfonlardan da istifadə edə bilərsiniz.
5. ÇƏKDİYİNİZ MATERİALI MONTAJ EDİN
Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: max. 3 dəq.
6. MONTAJ ETDİYİNİZ MATERİALIN SƏS VƏ MUSİQİ TƏRTİBATINI İŞLƏYİN
Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması səbəbindən
buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.
7. BUKTREYLERİNİZİ FESTİVALA GÖNDƏRİN
Buktreylerinizi www.wetransfer.com saytı üzərİndən 8 aprel 2018-ci il tarixədək [email protected] ünvanına göndərİn.
8. BUKTREYLERİNİZİ QEYDİYYATDAN KEÇİRİN VƏ QALİB OLMAQ ŞANSINI ƏLDƏ EDİN
Saytımızda qeyd olunmuş "Buktreylerin Qeydiyyatı" linkinə keçid etməklə oradakı məlumatları doldurun.
İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir.
Son müraciət tarixi: 8 Aprel, 2018
İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.
Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
DİGƏR XƏBƏRLƏR
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
-
ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - (Video)
-
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
BDYPİ piyadalara müraciət etdi: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - (Video)
XƏBƏR LENTİ
-
Cəlal Hüseynov "Arda"dan Rumıniya klubuna keçdi
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
-
ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - (Video)
-
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
-
Mikrofon açıq qaldı, Zelenski ilə Makronun söhbəti ifşa oldu - (Video)
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq
-
"TikTok"dakı ölümcül trend 15 yaşlı qızın həyatına son qoydu - (Foto)
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
Müəllimindən Putinə məsləhət: " Xalqa daha yaxın ol" - (Foto)
-
BDYPİ piyadalara müraciət etdi: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Bu gündən rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə başlayır
-
Azərbaycanda razılıq olmadan məcburi psixiatriya müayinəsinə prokuror qərar verə biləcək
-
Rəhman Rəhmanovun birinci xanımı: "4 uşaqla tək qaldım" - (Video)
-
"Prius"un yük yerində adam qaçıran qardaşlar Bakıda həbs olundu
-
Kıvanç Tatlıtuğ 80 milyonluq qayığını təcili satışa çıxarır - (Foto)
-
FHN Şahbuzda tank əleyhinə qumbaraatan mühərriki taparaq zərərsizləşdirdi - (Video)
-
Türkiyədə süni bulud yaradıb yağış yağdırırlar - İddia - (Video)
-
Bakıda 9-cu sinif şagirdi qəfil vəfat etdi
-
Kıvanç Tatlıtuğ jurnalistə əsəbiləşdi - (Video)
-
Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək
-
Bakıda üzərinə kerosin tökülən 41 yaşlı şəxs xəstəxanada dünyasını dəyişdi
-
Azərbaycanlı gəncin ifasını İbrahim Tatlısəs, Müslüm Gürsəs və Ağadadaş Ağayevə bənzətdilər (Video)
-
Bakıda pulsuz çimərlikdə istirahət neçəyə başa gəlir?





