Ölkə

Sürüşmə Bayılı bu vəziyyətə saldı - FOTOLAR

25 Yanvar 2018 17:06
0 Şərh     Baxış: 5 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bayılda sürüşmə təhlükəsi getdikcə artır. Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub.

Rəsmi məlumata əsasən, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü sürüşmə zonasından köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.

Bəzi sakinlər isə evlərində çatların olmadığını deyərək, köçmək istəmir. Ümumilikdə isə sürüşmə Bayılda bir çox evlərə ciddi ziyan vurub. 

Milli.Az azvision.az-a istinadən sürüşmənin ziyan vurduğu evlərdən görüntüləri təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.