Ölkə

Səhlab Bağırov: "Qarabağ" - "Çelsi" oyununda təhlükəsizlik tam təmin olunacaq

21 Noyabr 2017 18:20
0 Şərh     Baxış: 1 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.

Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təstiqləyib: "Cənab nazirin təstiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".

S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.

Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu keçiriləcək.

Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.