Ölkə

Məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq

22 Sentyabr 2017 20:00
0 Şərh     Baxış: 1 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan məktəblərin reytinqi yeni meyarlar əsasında hazırlanacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, hər il IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır:

"Lakin bu, məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi üçün kifayət deyil. Bu istiqamətdə təhsil naziri qarşıya belə bir məqsəd qoydu ki, məktəblərin reytinq cədvəli hazırlanarkən yalnız buraxılış imtahanlarının nəticələrinə görə deyil, digər nailiyyətlər də nəzərə alınsın. Bu məqsədlə tapşırıq verilib ki, reytinqin müəyyənləşməsi üçün digər meyarlar, göstəricilər işlənib hazırlansın və məhz həmin göstəricilər təhlil edildikdən sonra bütün məktəblər üzrə reytinqlər müəyyənləşsin. Hazırda nazirliyin aidiyyəti şöbələri bu işlərə başlayıb və belə bir göstəricilər sistemi işlənib hazırlandıqdan sonra reytinq cədvəlləri bu meyarlar əsasında hazırlanacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.