Azərbaycanda kişi arvadını çılpaq soyundurub bıçaqladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Femida.az xəbər verir ki, bir müddət əvvəl qeyri-rəsmi nikahda yaşadığı əri Ceyhun Mehrəliyev tərəfindən bıçaqlanan qadının həyatı yenidən təhlükədədir. İşgəncələrə məruz qalan qadın evdən qaçdıqdan sonra qadın sığınacağına gəlib.
Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, Nazilə Şirinovanı bıçaqladığı üçün Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma) ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.
İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə qurtulduğunu deyir:
"Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Hazırda araşdırma gedir. Fevraldan indiyədək sığınacaqdan bayıra çıxa bilmirəm, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Bu yaxınlarda məhkəmə başlayacaq. Məhkəmənin hökmündən sonra nə olacağını bilmirəm. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın" yazıb. Sonra da barışmaq üşün adamlar göndərir. O, heç kimdən qorxmur, indi də gecə-gündüz Mehriban Zeynalovanı, sığınacaqda çalışanları təhdid edir."
Femida.az-a daxil olan məlumata görə hazırda azadlıqda olan keçmiş ər qadını və sığınacağın direktoru, hüquq müdafiəçisi Mehriban Zeynalovanı açıq-aşkar təhdid edir. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, Ceyhun Mehrəliyev ona sosial şəbəkələr vasitəsi ilə və birbaşa təyziqlər edir.
Femida.az məsələ ilə bağlı DİN-in müstəntiqi Rafiq Qənbərovla ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Ceyhun Mehrəliyevə Cinayət Məcəlləsinin 127.1 maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq prosesi davam edir.
Ceyhun Mehrəliyevin sosial şəbəkələrdə təhdid dolu mesajlarını təqdim edirik:
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Bu avtobusun son dayanacağı dəyişdirildi
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)
-
Yanacağın bahalaşması fonunda aviaşirkətlər "çətin günlər"ə hazırlaşır - FT
-
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - (Foto)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
-
Oğurlanan ianələr, yumruq atan imamlar: Türkiyə məscidlərində nələr baş verir?
-
Üç prezident hökmdən kənarda: Ermənistanla sülh niyə otuz illik işğal işini bağlamır
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır





