Bakı şəhərində yerləşən "Araz" hoteli sökülür.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da söküntü gedən ərazidədir.
Qeyd edək ki, adıçəkilən hotel Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlığında yerləşir. Köhnə tikilidə söküntünün hansı məqsədlə aparılması ilə bağlı, hələ ki, məlumat yoxdur.
Milli.Az