Buraxılış imtahanlarının yeni qaydaları - Məleykə Abbaszadə AÇIQLADI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayonunda müəllimlərin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla tanış olması məqsədilə seminar keçirilib.
Seminarda TQDK-nın Göyçay Regional Bölməsinin əhatə etdiyi rayonlardan olan müəllimlər də iştirak edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə seminarda ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə edib. O, 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydaları haqda məlumat verərək bildirib ki, 9-cu sinifdə oxuyan şagirdlər ötən 9 il ərzində yeni proqram əsasında təhsil alır. 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurrikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir: "Birinci sinifdən onlara kurrikulum tətbiq olunub. Biz onların bilik və bacarığını qiymətləndirmək üçün yeni metodlar hazırlamışıq və onların buraxılış imtahanları 2 mərhələdə keçiriləcək".
M.Abbaszadə bildirib ki, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Buraxılış imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçiriləcək.
O bildirib ki, birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcək.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
Azərbaycan və rus dilləri istisna olmaqla, digər dillərdə tədris aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək. Birinci mərhələnin 2017-ci ilin fevral və mart, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.
Pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq bu yeni qaydalarla suallarını cavablandıran Məleykə Abbaszadə qeyd edib ki, yaxın vaxtlarda "Abituriyent" jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurrikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr ediləcək. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.
Azərbaycan dili və riyaziyyat fənləri üzrə seksiya iclasında Dövlət İmtahan Mərkəzinin nümayəndələri Afiqə Batıyeva, Aydın Qasımov, Oleq Şelaqinov, Bakı Dövlət Universiteti nəzdindəki liseyin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat veriblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
XƏBƏR LENTİ
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı





